...

DAK İrandakı azərbaycanlı siyasi məhbusların azadlığa buraxılmasını tələb edir

Cəmiyyət Materials 28 Avqust 2007 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Dünya Azərbaycanları Konqresi (DAK) İranda siyasi motivlərə görə həbs olunmuş azərbaycanlı məhbusların azadlığa buraxılmasını tələb edir. Bu barədə çərşənbə axşamı Bakıda mətbuat konfransı keçirən DAK rəhbərliyi məlumat verib.

DAK sədri Qulamrza Təbrizi bildirib ki, hələlik 118 nəfərlik siyasi məhbus siyahısı tərtib edilib, amma bu rəqəm qat-qat çoxdur. Onun sözlərinə görə, bu insanlar öz milli kimliklərini azad şəkildə bəyan etdikləri üçün həbs olunublar. Təbrizinin sözlərinə görə, hətta bəzi qadınları "mən türkəm" dediyi üçün gəlib evindən zorla aparıblar. DAK sədri və digər funksionerlər bütün türkdilli dövlətləri İranda güney azərbaycanlıların hüquqlarının kobud şəkildə pozulmasına diqqət yönəltməyə çağırıblar.

Qeyri-rəsmi məlumata əsasən, İranda 35 mln. yerli azərbaycanlı yaşayır.

Xəbər lenti

Xəbər lenti