...

Apellyasiya məhkəməsi jurnalistlərin şikayətinə 21 gündən sonra baxacaq

Cəmiyyət Materials 28 Avqust 2007 19:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bakı şəhər Apellyasiya Məhkəməsi 8 jurnalistin Səbail rayon Polis İdarəsinə qarşı şikayətinə baxılmasını 21 gün uzadıb. Bu barədə çərşənbə axşamı Media Hüququ İnstitutundan məlumat verilib.

Bir neçə tanınmış jurnalist iyunun 12-də mediaya təzyiqlərə son qoyulması tələbilə keçirmək istədikləri piketə imkan verilməməsinə, aksiyanın polis tərəfindən amansızlıqla dağıdılmasına görə məhkəməyə şikayət vermişdilər. İddiaçılar aksiya zamanı jurnalistlərə zor tətbiq edən polis əməkdaşlarına cinayət işi başlanmasını, onların hüquqları pozulan jurnalistlərə 10.000 AZN təzminat ödəməsini tələb edirdilər.

Lakin Səbail rayon Məhkəməsi həmin iddianı icraata götürməyib. Məhkəmənin bu qərardadından apellyasiya şikayəti verilib.

Həmin şikayət üzrə avqustun 28-ə təyin edilən məhkəmə prosesini Apellyasiya Məhkəməsinin hakimi İlham Əsədov təxirə salıb. Hakim bu qərarını məhkəmə işlərinin çoxluğu ilə izah edib. Məhkəmə baxışı sentyabrın 18-nə təyin edilib.

Xəbər lenti

Xəbər lenti