...

Nazir: "Tbilisi Azərbaycan məktəblərinin bağlanması barədə qərar qəbul etməyib"

Cəmiyyət Materials 30 Avqust 2007 14:05 (UTC +04:00)
Nazir: "Tbilisi Azərbaycan məktəblərinin bağlanması barədə qərar qəbul etməyib"

Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxalia / Gürcüstan hökuməti ölkədə milli azlıqların, o cümlədən azərbaycanlıların məktəblərinin bağlnmasına dair qərar qəbul etməyib. "Biz milli məktəblərin bağlanması haqqında qərar qəbul etməmişik. Mən məəttəl qalmışam ki, yayılan şayiələr azərbaycanlıların qəzəbinə səbəb olub" - deyə Gürcüstanın təhsil və elm naziri Aleksandr Lomaya cümə axşamı məlumat verib.

Bu günlərdə KİV-də azərbaycandilli məktəblərin bağlana biləcəyi haqqında məlumat yayılıb.

Bu məlumat 500 min azərbaycanlının kompakt yaşadığı Kvemo Kartli bölgəsi əhalisinin narahatlığına səbəb olub. Bir neçə gün əvvəl Gürcüstanda yaşayan azərbaycanlıran numayəndə heyəti Bakıda səfərdə olub. Səfər zamanı hazırki problem müzakirə edilib və Gürcüstan Parlamentinə müraciət hazırlanıb. Müraciətdə Gürcüstanda azərbaycandilli məktəblərin bağlanması məsələsinin həll edilməsi tələbi qeyd olunur.

Nazirin sözlərinə görə, Gürcüstan hökuməti Konstitusiyaya riayət edir və qoruyur. Ölkə qanunvericiliyi vətəndaşlara öz dillərində, eyni zamanda, dövlət dilində təhsil almağa kömək etməyə çalışır. "Gürcüstan hökumətinin vəzifəsi etnik azlıqların, o cümlədən azərbaycanlıların dövlət dilini öyrənmələrini təmin etməkdir" - deyə o bildirib

Lomayanın sözlərinə görə, gürcü dilinin öyrədilməsi məqsədilə "Tavtavi" Proqramı uğurla aparılır.

"Artıq nəinki məktəblər, həm də dövlət dilini öyrənməyi arzulayanlar üçün proqramlar hazırlanır"- deyə yekun olaraq Gürcüstanın elm və təhsil naziri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti