...

Bakıdakı boks üzrə dünya çempionatına 30-dan çox hakim xidmət edəcək

Cəmiyyət Materials 31 Avqust 2007 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Bu gün H.Əliyev adına İdman-Konsert Kompleksində start götürəcək yeniyetmələr arsında boks üzrə dünya birinciliyində 30-dan çox ölkənin hakimi xidmət göstərəcək. Milli boks federasiyasının vitse-prezidenti Niftəli Quliyevin Trend ə verdiyi məlumata görə, hazırda görüşləri idarə edəcək hakimlərin siyahısı dəqiqləşdirirlir.

"Adətən yığma heyətinin tərkibinə hakimlər də, daxil olur, lakin komandaların bir qismi bu qaydaya əməl etmir. Mən düşünürəm ki, boks femidasına xidmət edənlərin sayı 30-u ötəcək" -deyə beynəlxalq dərəcəli hakim Quliyev qeyd edib.

Ev sahibi mundialda Afina olimpiadasının iştirakçısı və hakim karyerasına başlayan Rovşən Quliyevin də, daxil olduğu 4 hakimlə təmsil olunacaq.

Xəbər lenti

Xəbər lenti