...

Sabiq iqtisadi inkişaf nazirinin vəkili məhkəmədə əlavə şahidlərin dindirilməsini tələb edir

Cəmiyyət Materials 3 Sentyabr 2007 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Cavadova/ Bazar ertəsi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və təqsirləndirilən digər 17 nəfərin məhkəməsində F.Əliyevin vəkili Elton Quliyev məhkəmədə əlavə şahidlərin dindirilməsi barədə vəsatət qaldırıb. Hakim Tofiq Paşayev vəkilin nəzərinə çatdırıb ki, vəsatət günün 2-ci yarısı müzakirə olunacaq. Sonra digər vəkil Yunis Vəliyev vəsatətlə çıxış edib. O, məhkəmə prosesində şahid qismində dindirilmiş Mirhəbib Muradovun psixi müayinədən keçirilməsini xahiş edib.

Qeyd edək ki, Cəlilabadlı iş adamı Muradov məhkəmə ifadəsində göstərib ki, sahibkar kimi kredit almaq üçün ümumilikdə 47 min 850 dollar xərc çəkib. Lakin vəkil iddia edir ki, kredit almaq üçün göstərilən məbləğdə xərc çəkmək normal hal olmadığından Muradovun psixoloji ekspertizadan keçirilməsinə ehtiyac var. Məhkəmə iclası davam edir.

Xəbər lenti

Xəbər lenti