...

DJ Fərid Dadaşov: "R&B" azərbaycanlılar üçün deyil"

Cəmiyyət Materials 3 Sentyabr 2007 19:34 (UTC +04:00)

Azərbaycan, Bakı /müx.TrendLife Əli Dərviş/

DJ və reper Fərid Dadaşov yerli şou-biznesdə özünə layiqincə yer tapa bilmir. O, məhşurluğda heç qardaşı Murad Dadaşova da bənzəmir. TrendLife-la söhbətində indiyə qədər nəyə görə məhşurlaşmadığını anlatdı: "Mən radiostansiyada aparıcı dj olmaqla bərabər, həm də repin sahəsi olan "R&B" məhşurlaşdırmaq istədim. Təəssüf ki, Avropada, Amerikada məhşur rep sahəsi biz də o qədər də uzun sürmədi. Sən demə bu musiqi bizlik deyilmiş. Bundan başqa, bizdə, demək olar ki, bu musiqini oxumağa yer yoxdur. Çünki o, klub üçün olan mahnılardır. Milli toylarımızda restoran müdiriyyəti şou-proqram kimi repmusiqisindən istifadə edirdilər. Lakin əsl "R&B" toylarda oxuna bilməz. Çünki gənclərdən fərqli olaraq, yaşlı insanlar adətən onu çətin qəbul edirlər. Buna görə də Azərbaycanda bu musiqinin inkişafı sərf eləmir."

Xəbər lenti

Xəbər lenti