...

Ədliyyə naziri: " Azərbaycanda 3600-ə yaxın mətbu nəşr, 2500-ə yaxın qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınıb

Cəmiyyət Materials 5 Sentyabr 2007 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda 3600-ə yaxın mətbu nəşr təsis olunub, 2500-ə yaxın qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınıb. Bu barədə ədliyyə naziri Fikrət Məmmədov Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammerberqlə çərşənbə axşamı görüşündə məlumat verib.

Nazir məhkəmə sisteminin müasirləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, ədliyyə orqanlarının inkişafı, o cümlədən, penitensiar sistemin fəaliyyətinin yaxşılaşdırılması, bu sahədə ictimai nəzarətin gücləndirilməsi üzrə aparılan islahatlar, korrupsiya ilə mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat verib.

Tomas Hammerberq insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planınının qəbulunu yüksək qiymətləndirib.

Görüşdə insan haqlarının, o cümlədən, məhkumların hüquqlarının təmin olunması, məlumat azadlığı, jurnalistlərlə bağlı və digər məsələlər üzrə müzakirələr aparılıb, müxbirlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi zəruriliyi vurğulanıb, Bu məqsədlə treninqlərin keçirilməsinə Avropa Şurasının hazır olduğu bildirilib.

Xəbər lenti

Xəbər lenti