Azərbaycan, Bakı, 7 sentabr / "TrendLife" , müxbir Eldar Hüseynzadə/ Bugünkü gündə Azərbaycan kinosunun problemlərindən biri də, müasir kinoteatrların olmamasıdır. Azərbaycan üçün bir-iki kinokompleksin olması çox azdır. Yuliy Qusman da bu məsələ ilə bağlı "TrendLife"a bunları söylədi: "Bakıda kinoteatrların bu səviyyədə olması məni çox kədərləndirir. Axı Bakı kinonu çox sevirdi. Ölkədə ən gözəl "Nizami" kinoteatrı sayılırdı. Yaxın vaxtlarda həmin binada bərpa işləri aparılacaq, müasir qurğular quraşdırılacaq. Çünki "Azərbaycan" kinoteatrının zalları çox azdır. Lakin mən respublika rəhbərliyi ilə söhbət edəndə mənə söz verdilər ki, tezliklə müasir avadanlıqla qurulmuş yeni kinoteatrların sayı artacaq. Mən inanıram ki, Azərbaycanda keyfiyyətli, müasir kinolar çoxalacaq. Musiqi, ədəbiyyat və əlbəttə ki, kinomatoqraf sevən bakılılar əvvəlki kimi kinoteatrlara gedəcəklər".