Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Uluslararası Türk Dünyası İnsan Haqları Federasiyası yaradılacaq. Bu təşəbbüslə cümə günü Azərbaycanın İnsan Hüquqları Monitorinq Qrupunun üzvləri ilə Türk Dünyası İnsan Haqları Birliyinin sədri Abdullah Buksurun görüşündə qərara gəlinib. Monitorinq qrupunun üzvü Səidə Qocamanlı Trend ə bildirib ki, Federasiyanın yaradılmasının təşəbbüskarı azərbaycanlı hüquq müdafiəçiləri olub. Yeni yaradılacaq qurumda Azərbaycan və Türkiyə ilə bərabər Mərkəzi Asiya dövlətləri, Gürcüstan da təmsil olunacaq.
Buksurla görüşdə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət, bu sahədəki problemlər, birgə əməkdaşlıq məsələləri müzakirə olunub.