...

Avropa Şurasının insan hüquqları üzrə komissarı: " Ən əsas insan hüququnun pozulması qaçqınların öz torpaqlarına qayıtmamasıdır" (video)

Cəmiyyət Materials 7 Sentyabr 2007 19:51 (UTC +04:00)
Avropa Şurasının insan hüquqları üzrə komissarı: " Ən əsas insan hüququnun pozulması qaçqınların öz torpaqlarına qayıtmamasıdır" (video)

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Ən əsas insan hüququnun pozulması qaçqınların öz torpaqlarına qayıtmamasıdır. Bu barədə Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberq cümə günü jurnalistlərə açıqlamasında bildirib.

O təəssüflə bildirib ki, məsələnin siyasi həlli tapılmadan bu münaqişəni həll etmək mümkün deyil. Münaqişənin həlli ilə bağlı qərar verəcək tərəflər insan hüquqları məsələsinə diqqət yetirməlidirlər.

Ağdamda və Goranboyda qaçqınların yaşayış şəraiti ilə tanış olan Hammerberq bu sahədə Beynəlxalq təşkilatların köməklik göstərməsinə ehtiyac oldugunu bildirib. O, həmçinin işğal olunmuş torpaqlarda qəbirlərin və yaşayış evlərinin dağıdılmasından təəssüfləndiyini vurğulayıb.

Onun sözlərinə görə, səfərin nəticələri ilə bağlı hesabat 3 aydan sonra işıq üzü görəcək.

Xəbər lenti

Xəbər lenti