Azərbaycan, Bakı, 10 sentyabr / "TrendLife" , müxbir Eldar Hüseynzadə/ Tanınmış musiqiçi, "Rast" qrupunun rəhbəri Rəşad Haşımov yeni orkestr yaratmaq istəyir. Onun "TrendLife"a verdiyi məlumata görə: "Orkestrin əsasını "Rast" qrupu təşkil edəcək. Sadəcə, orkestrin adı başqa olacaq. Orkestrin tərkibində bizim musiqiçilərdən başqa, nəfəs alətlərində çıxış edən musiqiçilər də olacaq. Misal üçün, saksofon, trombon və s. musiqi alətləri. Düşünürəm ki, layihəyə oktyabr ayının əvvəlləri baxacayıq. Yəqin ki, gələn yay artıq tamaşaçılara nəsə yeni bir şey təqdim edə biləcəyik".