...

Prezident Aparatının sabiq idarə müdiri barəsindəki hökmlə razılaşmır

Cəmiyyət Materials 11 Sentyabr 2007 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Prezidentin İcra Aparatının İşlər İdarəsinin sabiq müdiri barəsindəki hökmdən Ali Məhkəməyə yenidən şikayət verib. Ali Məhkəmədən çərşənbə axşamı Trend ə bildirilib ki, Akif Muradverdiyevin kassasiya şikayəti hakim Tapdıq Mahmudov tərəfindən icraata götürülüb.

Bu gün kassasiya şikayəti üzrə məhkəmə prosesi nəzərdə tutulsa da, hakimin xəstə olması səbəbindən iclas qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Muradverdiyevə beyin qan dövranının xroniki çatışmazlığı diaqnozu qoyulub və müvafiq təyinatlar aparılıb.

Azərbaycan İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov sonuncu dəfə Muradverdiyevlə görüşündən sonra onun səhhətinin ağır olduğunu bildirib. Komitə sədri Muradverdiyevin xəstəliyinin ağır olduğunu nəzərə alaraq həbsdən azad olunması xahişi ilə ölkə başçısına müraciət edib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Tofiq Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmənin hökmü ilə Muradverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Muradverdiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda dövlət əmlakını mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 28.278 (hakimiyyəti zorla ələ keçirməyə cəhd) və 28. 220 (kütləvi iğtişaşa hazırlıq) maddələri ilə irəli sürülmüş ittiham üzrə başlanmış cinayət işinin istintaqı isə davam edir.

Xəbər lenti

Xəbər lenti