Azərbaycan, Bakı, 28 yanvar /Trend/
Antalyada təlim-məşq toplanışında olan Gəncənin "Kəpəz" futbol klubu bu gün daha bir yoxlama oyununda gücünü sınayacaq.
Klubun mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, Gəncə klubunun növbəti rəqibi Polşanın tanınmış "Qurnik" klubudur.
Fuad İsmayılov bu dəfə yetirmələrini daha güclü klubla sınaqdan keçirmək qərarına gəlib. Belə ki, "Qurnik" Polşanın ən titullu klublarındandır.
Gəncə klubu Antalyada ilk yoldaşlıq oyununda Qazaxıstanın "Atırau" komandasını 4:1 hesabı ilə məğlub edib.
"Kəpəz" - "Qurnik" oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.