...

FİFA Azərbaycandakı stadionlara baxış keçirib (FOTO)

İdman Materials 7 Fevral 2012 16:44 (UTC +04:00)
FİFA tərəfindən müəyyən olunmuş təbii və süni ot örtükləri üzrə ingiltərəli ekspert İan Lacy fevralın 5-dən etibarən Azərbaycanda səfərdədir.
FİFA Azərbaycandakı stadionlara baxış keçirib (FOTO)

Azərbaycan, Bakı, 7 fevral /Trend/

FİFA tərəfindən müəyyən olunmuş təbii və süni ot örtükləri üzrə ingiltərəli ekspert İan Lacy fevralın 5-dən etibarən Azərbaycanda səfərdədir.

Trend-in çərşənbə axşamı AFFA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, səfərin məqsədi FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-də istifadəsi nəzərdə tutulan stadionlara və məşq meydançalarına baxış keçirməkdir.

AFFA-nın baş katibi Elxan Məmmədovla İan Lacy arasında keçirilmiş görüşdə qeyd olunan məsələlər barədə müzakirələr aparılıb.

İngiltərəli ekspert tərəfindən 8-ci kilometr qəsəbəsində inşa olunan stadiona baxış keçirilib, təbii ot örtüyü quraşdıran şirkətin nümayəndələri ilə görüşdə meydançanın planı, suvarma və drenaj sistemi və s. məsələlər müzakirə edilib. Bundan əlavə, AFFA Futbol Mərkəzi, Şağan Olimpiya İdman Kompleksinin məşq meydançası, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu, "Bakı" Futbol Klubunun Təlim-Məşq Bazası, Olimpiya Yığmalarının Təlim-Məşq Mərkəzi, "Şəfa" stadionu və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məşq meydançasına baxış keçirilib.

Xəbər lenti

Xəbər lenti