Azərbaycan, Bakı, 14 fevral /Trend/
Azərbaycan çaparı 2012-ci il Dünya Kubokunun finalına vəsiqə qazanıb.
Trend-in çərşənbə axşamı Atçılıq Federasiyasının saytına istinadən yaydığı məlumata görə, 2011-ci il ərzində keçirilən yarışların ümumi nəticələrinə əsasən, Azərbaycan idmançısı Hikmət Musayev növbəti Dünya Kubokunun finalına vəsiqə əldə edib.
Azərbaycan idmançıları Dünya Kubokunun finalında iştirak etmək üçün Qafqaz Liqası çərçivəsində keçirilən yarışlarda xallar toplamalı idi. Toplanılan xalların cəminə görə digər idmançılardan üstün olan Hikmət Musayev 18-22 aprel 2012-ci il tarixlərdə Niderlandda keçiriləcək final mərhələsində iştirak hüququ əldə edib. Bu sıralamada 2-ci yeri Azərbaycan idmançısı Camal Rəhimov və 3-cü yeri isə Seyid Musayev tutub.