...

2012-ci il qadınlararası dünya çempionatının rəsmi sloqanı təqdim edilib

İdman Materials 15 Fevral 2012 19:54 (UTC +04:00)
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi sloqanı çərşənbə günü ictimaiyyətə təqdim olunub.
2012-ci il qadınlararası dünya çempionatının rəsmi sloqanı təqdim edilib

Azərbaycan, Bakı, 15 fevral /Trend/

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi sloqanı çərşənbə günü ictimaiyyətə təqdim olunub.

Trend-in AFFA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, Unibank Premyer Liqasının XX turu çərçivəsində bu gün keçirilmiş "Xəzər Lənkəran" - AZAL qarşılaşmasından öncə baş tutan flaşmob aksiyasında 100-ə yaxın rəqqas iştirak edib. Peşəkar rəqqaslar Lənkəran şəhər Mərkəzi stadionuna pazl kartlarla daxil olaraq, sonda rəsmi sloqan həkk olunmuş ümumi görüntünü açıqlayıblar: "On bir ürək, bir istək"!

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi emblemi və rəsmi talismanı, müvafiq olaraq, 6 iyun və 7 oktyabr 2011-ci il tarixlərində Bakıda ictimaiyyətin diqqətinə təqdim olunmuşdu. Qarşıdan gələn futbol bayramına Lənkəran əhalisini daha da yaxından cəlb etmək üçün Yerli Təşkilat Komitəsi FIFA ilə birgə belə bir qərara gəlib ki, bu dəfə rəsmi sloqanı çempionata ev sahibliyi edəcək iki şəhərdən biri olan Lənkəranda açıqlasın. Futbol azarkeşləri 22 sentyabr - 13 oktyabr 2012-ci il tarixlərində Azərbaycanda keçiriləcək dünya çempionatına hazırlıqla daha yaxından tanış olmaq imkanı əldə ediblər.

"Xəzər Lənkəran" - AZAL oyununa gələn azarkeşlərə 17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin oyunçuları haqqında məlumat kitabçaları paylanıb. Bundan əlavə, çempionatın rəsmi talismanı da stadionda azarkeşlərin diqqətini cəlb edib.

Xəbər lenti

Xəbər lenti