...

Şəmkirdə yeniyetmələr arasında cüdo üzrə rayon birinciliyi keçirilib (FOTO)

İdman Materials 23 Fevral 2012 17:12 (UTC +04:00)
Şəmkirdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə rayon birinciliyi keçirilib.
Şəmkirdə yeniyetmələr arasında cüdo üzrə rayon birinciliyi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 23 fevral /Trend/

Şəmkir rayon Olimpiya İdman Kompleksində cümə axşamı Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə rayon birinciliyi keçirilib və qaliblərə mükafatlar verilib.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yarışın açılışında iştirak edən Azərbaycan Cüdo Federasiyasının prezidenti, əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov 2012-ci ilin respublikamızda "İdman ili" elan olunması ilə bağlı ölkə rəhbərinin imzaladığı sərəncamın ölkədə idmanın inkişafı üçün daha bir mühüm stimul olduğunu vurğulayıb.

Bildirilib ki, dövlət başçısının idmana davamlı dəstəyi sayəsində əksəriyyəti bölgələrdə olmaqla yaradılan Olimpiya İdman komplekslərinin sayı ilbəil artır, ölkəmizdə olimpiya hərəkatı daim genişlənir, idmançılarımız, həmçinin cüdoçularımız beynəlxalq turnirlərdə möhtəşəm qələbələrə imza atır. Qeyd olunub ki, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının birgə səyləri nəticəsində bölgələrdə cüdonun inkişafı üçün müvafiq maddi-texniki bazaların potensialı artırılıb.

Şəmkir rayonunda yeniyetmələr arasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş cüdo üzrə rayon birinciliyinin keçirilməsi də cüdo idman növünün respublikanın digər rayon və şəhərlərində daha geniş vüsət alması üçün birgə səylərin göstərilməsi, bu sahədə qarşıda duran vəzifələrin müzakirə olunması məqsədinə xidmət edir.

Qeyd edək ki, hazırda ölkənin 19 şəhər və rayonu üzrə cüdo idman növünə 25 nəfər məşqçi və 802 nəfər yeniyetmə cəlb olunub.

Xəbər lenti

Xəbər lenti