Azərbaycan, Bakı, 29 fevral /Trend/
Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki "The Sevens" stadionunda Azərbaycan və Fələstin milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.
39-cu dəqiqədə Fələstinin heyətində Husam Abu Saleh hesabı açıb.
41-ci dəqiqədə Rəşad Sadiqov qırmızı vərəqə alıb. 79-cu dəqiqədə isə Abuhabib 2-ci topu qapımızdan keçirib. Beləlikə, Fələstin yığması millimizi 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.