...

"Qarabağ" "Aston Villa"dan üstündür

İdman Materials 2 Mart 2012 15:17 (UTC +04:00)
"Qarabağ" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı klubların son reytinq siyahısında iki pillə geriləyib
"Qarabağ" "Aston Villa"dan üstündür

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir E.Mehdiyev/

"Qarabağ" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı klubların son reytinq siyahısında iki pillə geriləyib.

Trend-in qurumun saytına istinadın yaydığı məlumata görə, aktivində 68,5 xalı olan Ağdam təmsilçisi hazırda 316-cı yeri tutur.

"Qarabağ"ın ən yaxın izləyicisi, 317-ci yerdə olan İngiltərə "Aston Villa"sının isə 68,0 xalı var.

Klubların dünya reytinqinə əvvəlkitək İspaniya "Barselona"sı (369,0 xal) başçılıq edir. Madrid "Real"ı ikinci (292,0), Argentinanın "Veles Sarsfield" klubu isə üçüncü ( 291,0) yeri tutur.

Xəbər lenti

Xəbər lenti