...

Avropa Liqasında ¼ final mərhələsinin püşkü atılıb

İdman Materials 16 Mart 2012 17:20 (UTC +04:00)
Bu gün Avropa Liqasında ¼ final mərhələsinin püşkü atılıb.
Avropa Liqasında ¼ final mərhələsinin püşkü atılıb

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir E.Mehdiyev/

Bu gün Avropa Liqasında ¼ final mərhələsinin püşkü atılıb.

Trend-in məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində ¼ final mərhələsində iştirak etmək hüququ qazanan 8 komanda - "Atletiko" (Madrid, İspaniya), "Şalke" (Almaniya), "Sportinq" (Portuqaliya), "Metallist" (Ukrayna), "Atletik" (İspaniya), "Valensiya" (İspaniya), "AZ Alkmaar" (Niderland) və "Hannover" (Almaniya) klubları rəqiblərini tanıyıb.

Qeyd edək ki, ¼ final mərhələsinin oyunları 29 mart və 5 aprel tarixlərində keçiriləcək.

¼ final mərhələsi

1. "AZ Alkmaar" (Niderland) - "Valensiya" (İspaniya)
2. "Şalke" (Almaniya) - "Atletik" (İspaniya)
3. "Sportinq" (Portuqaliya) - "Metallist" (Ukrayna)
4. "Atletiko" (Madrid, İspaniya) - "Hannover" (Almaniya)

Yarımfinal (19 və 26 aprel)

1. "Atletiko" (Madrid, İspaniya) - "Hannover" (Almaniya) cütünün qalibi "AZ Alkmaar" (Niderland) - "Valensiya" (İspaniya) cütünün qalibi ilə
2. "Sportinq" (Portuqaliya) - "Metallist" (Ukrayna) cütünün qalibi "Şalke" (Almaniya) - "Atletik" (İspaniya) cütünün qalibi ilə

Final (9 may, Buxarest)

1-ci cütün qalibi - 2-ci cütün qalibi

Xəbər lenti

Xəbər lenti