...

AFFA hakimin səhv etdiyini təsdiqlədi

İdman Materials 24 Aprel 2012 16:24 (UTC +04:00)
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Trend-in PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə ölkə kuboku və Unibank Premyer Liqasının sonuncu turunda baş verənlərlə bağlı müvafiq qərarlar çıxarılıb.
AFFA hakimin səhv etdiyini təsdiqlədi

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir E.Mehdiyev/

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Trend-in PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə ölkə kuboku və Unibank Premyer Liqasının sonuncu turunda baş verənlərlə bağlı müvafiq qərarlar çıxarılıb.

Azərbaycan kubokunun yarımfinal mərhələsində "İnter" - "Neftçi" matçında "Neftçi" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Unibank Premyer Liqasının XXIX turunun "Rəvan" - "Turan" matçında "Turan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib. Oyunun 60-cı dəqiqəsində "Rəvan" klubunun 6 nömrəli futbolçusu Taqim Novruzov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, kluba 200 manat cəza kəsilib.

Unibank Premyer Liqasının XXIX turunun "Simurq" - "Sumqayıt" matçında "Sumqayıt" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 54-cü dəqiqəsində "Sumqayıt" klubunun 10 nömrəli futbolçusu Eşqin Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat cərimələnib.

Matç başa çatdıqdan sonra "Sumqayıt" klubunun 27 nömrəli futbolçusu Ramil Həşimzadə hakimləri təhqir etdiyi üçün futbolçu 4 oyunluq cəzalanır, kluba 4000 manat cəza kəsilib.

Oyun başa çatdıqdan sonra "Sumqayıt" klubunun baş məşqçisi Bernard Raab mətbuat konfransında iştirak etmədiyi üçün klub 1000 manat cərimə olunub.

Unibank Premyer Liqasının XXIX turunun "Qarabağ" - "Bakı" matçında "Qarabağ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.

Unibank Premyer Liqasının XXIX turunun "İnter" - "Qəbələ" matçının 81-ci dəqiqəsində "Qəbələ" klubunun 4 nömrəli futbolçusu Mahir Şükürov simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, kluba 200 manat cəza kəsilib.

Unibank Premyer Liqanın XXIX turunun "Xəzər Lənkəran" - "Neftçi" matçının 76-cı dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat cərimə olunub.

Matçın 73-cü dəqiqəsində "Neftçi" klubunun 9 nömrəli futbolçusu Flavio Aleks Valensioya simulyasiyaya görə sarı vərəqə göstərilib. Lakin matçın videoyazısını izlədikdən sonra adıçəkilən futbolçuya qarşı kobud oynanıldığı və hakimin qərarının yalnış olduğu aşkar edilib. Bu səbəbdən də futbolçuya göstərilən sarı vərəqə ləğv edilib.

Matçın hakimlərinin idarəçiliyini Hakimlər Komitəsi dəyərləndirdikdən sonra bu barədə İntizam Komitəsinə məlumat verməlidir.

Xəbər lenti

Xəbər lenti