...

Azərbaycan futbolunun flaqmanı "Neftçi" "Qalatasaray"la qarşılaşa bilər

İdman Materials 1 May 2012 12:46 (UTC +04:00)
Azərbayan futbolunun flaqmanı sayılan "Neftçi" Türkiyənin "Qalatasaray" klubu ilə qarşılaşa bilər.
Azərbaycan futbolunun flaqmanı "Neftçi" "Qalatasaray"la qarşılaşa bilər

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir M.Əliyev/

Azərbayan futbolunun flaqmanı sayılan "Neftçi" Türkiyənin "Qalatasaray" klubu ilə qarşılaşa bilər.

Komandadakı mənbə Trend-ə bildirib ki, klubun 75 illik yubileyi qeyd olunan zaman "Qalatasaray" klubu ilə yoldaşlıq oyunu keçirmək nəzərdə tutulur.

"Neftçi" bunu planına daxil etsə də, hələ ki qarşı tərəfə məlumat verilməyib. Əgər danışıqlar müsbət yekunlaşarsa, oyun Tofiq Bəhramov adına Respublika stadionunda olacaq", - mənbə deyib.

Qeyd edək ki, 2000-ci ildə Fatih Terimin rəhbərliyi altında UEFA kubokunu qazanan "Qalatasaray" hazırda Türkiyə çempionatının lideridir.

Xatırladaq ki, 1937-ci ildə yaradılan "Neftçi" klubu bu il 75 illik yubileyini qeyd edir.

Xəbər lenti

Xəbər lenti