Azərbaycan, Bakı, 14 may /Trend, müxbir M.Əliyev/
"Qarabağ"ın gürcüstanlı hücumçusu Georgi Adamiya növbəti mövsümdən Bakının "İnter" klubunun şərəfini qoruya bilər. "İnter"in meneceri Səbuhi Səfiyarlı Trend-ə bildirib ki, "İnter" Adamiya ilə maraqlanır.
O deyib ki, hazırda Gürcüstanda olan baş məşqçi Kaxaber Sxadadze ilə Adamiyanın bu günlərdə görüşü olacaq və məhz bundan sonra futbolçunun "İnter"ə keçidi məsələsinə tam aydınlıq gələcək.
Qeyd edək ki, danışıqlar nəticəsiz qaldığından, "Qarabağ" Adamiya ilə müqaviləni uzatmayıb.