...

Türkiyəli baş məşqçi Azərbaycanın futbol klubu ilə müqavilə imzalayıb

İdman Materials 15 May 2012 17:36 (UTC +04:00)
"Qəbələ" futbol klubu baş məşqçisi Fatih Kavlakla bağlı qərarını açıqlayıb.
Türkiyəli baş məşqçi Azərbaycanın futbol klubu ilə müqavilə imzalayıb

Azərbaycan, Bakı, 15 may /Trend/

"Qəbələ" futbol klubu baş məşqçisi Fatih Kavlakla bağlı qərarını açıqlayıb.

Trend-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qəbələ" klubu baş məşqçi Fatih Kavlakla müqavilənin müddətini daha bir il uzadıb. Bu barədə qərar "Qəbələ" PFK-nın prezidenti Tale Heydərovun iştirakı ilə keçirilən iclasdan sonra qəbul olunub.

Xatırladaq ki, Kavlak 2010-cu ildə "Qəbələ"də baş məşqçinin köməkçisi kimi fəaliyyətə başlamışdı. Türkiyəli mütəxəssis 2011-ci ilin noyabrında baş məşqçi postuna təyin olunmuşdu.

Xəbər lenti

Xəbər lenti