Azərbaycan, Bakı, 22 may /Trend. müxbir M.Əliyev/
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Trend-in qurumun saytına istinadən yaydığı məlumatna görə, iclasda Azərbaycan kubokunun final oyununun iştirakçıları olan "Neftçi" ilə "Bakı" azarkeşlərinin hərəkətinə görə cəzalandırılıb.
"Bakı" tərəfdarları matçın 8-ci dəqiqəsində pirotexniki vasitələrdən istifadə etdiyinə görə 1000 manat cərimələnib. Bundan 1 dəqiqə sonra "Neftçi"nin azarkeşləri meydançaya kənar əşyalar atdığına görə 2000 manat cərimə ödəməli olacaq. Komandanın braziliyalı futbolçusu Denis Silva 82-ci dəqiqədə 2-ci sarı vərəqəyə görə meydandan kənarlaşdırıldığından, 1 oyunluq cəzaya və 200 manat cəriməyə məruz qalıb. Həmin anda "Bakı"nın rəsmisi Yaşar Seyidov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimələnib.
AFFA "Bakı" və "Neftçi"nin hesabına büdcəsini artırdı
Trend-in qurumun saytına istinadən yaydığı məlumatna görə, iclasda Azərbaycan kubokunun final oyununun iştirakçıları olan “Neftçi” ilə “Bakı” azarkeşlərinin hərəkətinə görə cəzalandırılıb