...

Ukraynada Avro-2012 dövründə nüvə materiallarının daşınması qadağan edilib

İdman Materials 25 May 2012 00:53 (UTC +04:00)
Ukrayna ərazisində nüvə materiallarının daşınması müvəqqəti qadağan ediləcək.
Ukraynada Avro-2012 dövründə nüvə materiallarının daşınması qadağan edilib

Azərbaycan, Bakı, 25 may /Trend/

Ukraynda ərazisində nüvə materiallarının daşınması müvəqqəti qadağan ediləcək.

Qadağa futbol üzrə 2012-ci il Avropa çempionatının final mərhələsinin keçiriləcəyi dövrdə (iyunun 8-dən iyulun 1-dək) qüvvədə olacaq. Bu barədə Trend cümə günü Rusiya KİV-ə istinadən məlumat verir.

Müvafiq qərarı Dövlət Nüvə Tənzimlənməsi Müfəttişliyi qəbul edib. Bu strukturun rəhbəri Yelena Mikolayçuk deyib ki, Avro-2012-nin başlamasına 1 il qalmış "Enerqoatom" və Ukraynanın xarici tərəfdaşlarına daşımaların dayandırılması haqqında xəbərdarlıq edilib.

Xəbər lenti

Xəbər lenti