...

Azərbaycanda yeni Olimpiya İdman Kompleksinin təməli qoyulub (FOTO)

İdman Materials 6 İyun 2012 14:41 (UTC +04:00)
Bu gün Abşeron Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimi keçirilib.
Azərbaycanda yeni Olimpiya İdman Kompleksinin təməli qoyulub (FOTO)

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir E.Mehdiyev/

Bu gün Abşeron Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimi keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, mərasimdə gənclər və idman naziri Azad Rəhimov da iştirak edib.

"İdman ili"ndə növbəti Olimpiya İdman Kompleksinin təməlqoyma mərasiminin keçirilməsi həqiqətən möhtəşəm bir hadisədir. Kompleks sözün əsl mənasında idmansevərlərin ürəyincə olub, onların xidmətində olacaq. Əminik ki, bu kompleksdə məşq edəcək idmançılar gələcəkdə qələbələri ilə xalqımızı sevindirib, Olimpiya, dünya, Avropa çempionları adını qazanacaqlar", - Rəhimov deyib.

Qeyd edək ki, Abşeron Olimpiya İdman Kompleksi Azərbaycan Respublikası Prezidentinin "Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman Komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında" 2011-ci il 27 may tarixli, 1535 nömrəli Sərəncamı əsasında Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa ediləcək.

Tikinti üçün Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Xırdalan şəhəri ərazisində, Bakı-Quba avtomobil yolunun 17-ci km-də 5 hektar torpaq sahəsi ayrılıb. Layihə-smeta sənədləri "El və En" Memarlıq və Dizayn Şirkəti tərəfindən hazırlanıb. Tikinti-quraşdırma işləri "İnşaatçı" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən yerinə yetiriləcək. Abşeron Olimpiya İdman Kompleksinin tikintisi işlərinin 2014-cü ilin I yarısı başa çatdırılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti