...

Azərbaycan güləşçiləri "Victory Cup" turnirindən 8 medalla qayıdırlar

İdman Materials 11 İyun 2012 17:40 (UTC +04:00)
Türkiyənin Quşadası/Aydın şəhərində yeniyetmələr arasında keçirilən güləş üzrə 15-ci "Victory Cup" beynəlxalq turniri başa çatıb.
Azərbaycan güləşçiləri "Victory Cup" turnirindən 8 medalla qayıdırlar

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Türkiyənin Quşadası/Aydın şəhərində yeniyetmələr arasında keçirilən güləş üzrə 15-ci "Victory Cup" beynəlxalq turniri başa çatıb.

Azərbaycan Güləş Federasiyasından bazar ertəsi Trend-ə verilən məlumata görə, turnirdə iştirak edən yeniyetmə sərbəst və qızlardan ibarət yığma komandalarımızın üzvləri ümumilikdə 8 medal - 2 qızıl, 4 gümüş və 2 bürünc qazanıb.

Sərbəst güləşçilərin yarışında Ənvərbəy Dalqatov (63 kq) bütün rəqiblərindən üstün olub, Elçin Vəliyev (54 kq) və Cahid Həsənzadə (58 kq) bürünc medala yiyələnib. 85 kq-da mübarizə aparan Çermen Baqayev medalın bir addımlığında büdrəyib və turniri 5-ci sırada tamamlayıb.

Yeniyetmə qızların yarışında isə 10 çəki dərəcəsindən 5-nin finalında Azərbaycan güləşçiləri mübarizə aparıb. Onlardan Darya Korin (70 kq) final görüşündə də inamlı təsir bağışlayaraq turnirin baş mükafatına layiq görülüb. Yalnız finalda büdrəyən Arzu Əliyeva (46 kq), Ləman Qurbanova (56 kq), Alyona Kolesnik (60 kq) və Raqnetta Qurbanzadə (65 kq) gümüş medalla kifayətləniblər.

Xəbər lenti

Xəbər lenti