...

Azərbaycan güləşçiləri Asiya oyunlarında 8 medal qazanıblar

İdman Materials 16 İyul 2012 17:11 (UTC +04:00)
Rusiyanın Saxa-Yakutiya vilayətinin paytaxtı Yakutskda keçirilən "Asiyanın uşaqları" 5-ci beynəlxalq idman oyunlarında Azərbaycan sərbəst güləş komandası yüksək nəticə əldə edib.
Azərbaycan güləşçiləri Asiya oyunlarında 8 medal qazanıblar

Azərbaycan, Bakı, 16 iyul /Trend müxbir M.Əliyev/

Rusiyanın Saxa-Yakutiya vilayətinin paytaxtı Yakutskda keçirilən "Asiyanın uşaqları" 5-ci beynəlxalq idman oyunlarında Azərbaycan sərbəst güləş komandası yüksək nəticə əldə edib.

Trend-in məlumatına görə, Azərbaycan Güləş Federasiyasından bildirilib ki, məşqçilər Namiq Quliyev və Elşad Allahverdiyevin başçılığı ilə güləşçilərimiz müxtəlif nominasiyalarda səkkiz medal qazanıblar.

Mahir Əmiraslanov (46 kq), yeniyetmə güləşçilər arasında dünya birinciliyinin iştirakçısı Vurğun Əliyev (50 kq) və Loğman Ağayev (58 kq) qızıl medal qazanıblar, Şahin Muxtarov (32 kq), Elvin Xıdırov (63 kq) və Turxan Qurbanov (76 kq) gümüş medallara sahib olublar. Bürünc medalları komandamıza Murad Süleymanov (54 kq) və Ruslan Aslanov (69 kq) qazandırıblar.

Beynəlxalq dərəcəli hakim Elman İsmayılov "Asiyanın uşaqları" oyunlarının keçirildiyi turnirdə sağlam rəqabətin hökm sürdüyünü vurğulayıb. O, eyni zamanda yaxşı texniki göstərici nümayiş etdirən respublika çempionu Vurğun Əliyevin göstəricilərini də qeyd edib.

Xəbər lenti

Xəbər lenti