...

Londonda Olimpiya kəndində Azərbaycanın bayrağı qaldırılıb (ƏLAVƏ OLUNUB) (FOTO)

İdman Materials 25 İyul 2012 19:33 (UTC +04:00)
Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarınına bir neçə gün qalmış Azərbaycan nümayəndə heyətinin yaşadığı Olimpiya kəndində Azərbaycan bayrağı qaldırılıb, himni səsləndirilib.
Londonda Olimpiya kəndində Azərbaycanın bayrağı qaldırılıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 15:48-də yayılıb)

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarınına bir neçə gün qalmış Azərbaycan nümayəndə heyətinin yaşadığı Olimpiya kəndində Azərbaycan bayrağı qaldırılıb, himni səsləndirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, nazir müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, nümayəndə heyətinin rəhbəri İlham Mədətov, idmançılar və digər şəxslər iştirak ediblər.

Olmipiya kəndinin rəsmisi qonaqları salamladıqdan sonra Azərbaycanın himni səsləndirilib, bayrağı qaldırılıb. Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov çərçivəyə salınmış və üzrəində milli elementlər olan Azərbaycan xalçasını Olimpiya kəndinin rəsmisinə hədiyyə edib. Rəsmi də öz növbəsində İlham Mədətova xatirə medalı hədiyyə edib.

Daha sonra İlham Mədətov Azərbaycan nümayəndə heyətinin adından xüsusi olaraq ayrılmış lövhəyə ürək sözlərini yazıb.

Xəbər lenti

Xəbər lenti