Azərbaycan, Bakı, 27 iyul /Trend/
"Xəzər Lənkəran" futbol klubu üç futbolçusunu transferə çıxarıb.
Trend klubun rəsmi saytına istinadən məlumat verir ki, bu barədə qərar bu gün klub rəhbərliyinin keçirdiyi iclasda qəbul olunub.
Transferə çıxarılanlar qapıçı Kamran Ağayev, kosta-rikalı hücumçu Rendall Brenes və braziliyalı yarımmüdafiəçi Rikardo Qomeşdir.
Adıçəkilən futbolçuların yerlərinə tezliklə yeni oyunçular cəlb olunacaq.