...

Azərbaycan cüdoçusu Tərlan Kərimov London olimpiadasında 1\4 finalda mübarizəsini dayandırdı (ƏLAVƏ OLUNUB 2)

İdman Materials 29 İyul 2012 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyul /Trend/

Bu gün XXX London Yay Olimpiadasında cüdo yarışları davam edib.

Trend-in məlumatına görə, turnirin ikinci günündə daha bir Azərbaycan cüdoçusu Tərlan Kərimov (66 kq) tatami üzərinə çıxıb.

Kərimov 1/16 finalda əlavə vaxtda rusiyalı Musa Moquşkov üzərində qələbə qazanıb.

1/8 finalda Azərbaycan cüdoçusu Tərlan Kərimovun rəqibi Misir idmançısı Əhməd Avad olub. Kərimov bu qarşılaşmadada uğurlu çıxış edərək rəqibi üzərində qələbə qazanıb və ¼ finala yüksəlib.

¼ finalda Kərimov ispaniyalı həmkarı oyunda məğlub oldu. Kərimov təsəlliverici oyunlarda yarışını davam etdirəcək.

Qeyd edək ki, London Olimpiadasına 8 cüdoçu ilə yollanan yığmamızın heyətində artıq bir idmançı mübarizəni dayandırıb. İlqar Müşkiyev ötən gün ilk görüşdə uduzaraq turnirlə erkən vidalaşıb.

Xəbər lenti

Xəbər lenti