...

Qərb “derbi”si və “təyyarəçilər”in uğursuz uçuşu

İdman Materials 4 Avqust 2012 20:33 (UTC +04:00)
Bu gün fubol üzrə Azərbaycan Premyer Liqasında ilk turun oyunlarına start verilib. Trend-in məlumatına görə, turun ilk oyun günündə 3 qarşılaşma baş tutub.
Qərb “derbi”si və “təyyarəçilər”in uğursuz uçuşu

Azərbaycan, Bakı, 4 avqust /Trend/

Bu gün fubol üzrə Azərbaycan Premyer Liqasında ilk turun oyunlarına start verilib. Trend-in məlumatına görə, turun ilk oyun günündə 3 qarşılaşma baş tutub.
Sumqayıtın eyniadlı "Sumqayıt" klubu evdə Şüvəlanın AZAL komandasını qəbul edib. Oyun 2:2 hesabıyla bitib.

Tovuzun "Turan" klubu isə səfərdə Gəncənin "Kəpəz" klubunun qonağı olub. Qərb "derbi"sində "Turan"qalib çıxıb. Oyun 2:1 tovuzluların xeyrinə bitib.

Günə Zaqatalada yekun vurulacaq. Burada yerli "Simurq" klubu Qəbələnin eyniadlı komandasını qəbul edib. Oyun 1:1 hesabı ilə bitib.

Hesabı 21-ci dəqiqədə Dejan Kelhar açıb, "Simurq"un isə cavab topunun müəllifi 66 dəqiqədə İlkin Qırtımov olub.

Qeyd edək ki, turun qalan iki görüşü isə sabah keçiriləcək.

4 avqust (şənbə)

Premyer Liqada ilk turun oyunları
18:30. "Sumqayıt" - AZAL - 2:2
Qollar: Cavid Tağıyev, 15 (0:1), Orxan Əliyev, 45 (1:1), Pərdis Fərcad-Azad, 59 (2:1), Zohair Benouahi, 72 (2:2)
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Füzuli Nəcəfov
Mehdi Hüseynzadə adına stadion.

"Sumqayıt": 1. Səlahət Ağayev, 2.Atam Məhəmməd Əli, 3. Aftandil Hacıyev, 4. Samir Abbasov (k), 5. Murat Doymuş, 7. Fərcad-Azad Pərdis, 13. Murad Ağayev, 10. Ceyhun Sultanov, 22. Slavik Alxasov, 76. Uğur Pamuk, 91. Ruslan Qurbanov
AZAL: 12. Cahangir Həsənzadə (k), 2. Juan Fransisko, 4. Ailton Jose Junior, 6. Taqim Novruzov, 7. Cavid Tağıyev, 11. Zohair Benouahi, 15. Oskars Klyeva, 16. Junior Nildo, 3. Usim Nduka, 20. Branislav Arseniyeviç, 28. Artur Patras

18:30. "Kəpəz" - "Turan" - 1:2
Qollar: İrakli Beraya, 13 (1:0), Murad Ağakişiyev, 37 (1:1), Azər Məmmədov, 75 (1:2)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Səfər Haşımov
Gəncə şəhər stadionu.

"Kəpəz": 1. İvan Radoş, 5. Əli İsmayılov (k), 66. Lyuba Baranin, 15. Şahin Kərimov, 17. Renat Sultanov, 18. Nikolay Svejnitsov, 10. Armando Feutçine, 11. Qoqa Beraya, 9. İrakli Beraya, 6. Məhərrəm Hüseynov, 30. Yuri Fomenko

Xəbər lenti

Xəbər lenti