...

Çingiz Hüseynzadə: Azərbaycan idmançılarının artıq 9 medala sahib çıxması əhəmiyyətli və tarixi nəticədir

İdman Materials 12 Avqust 2012 13:02 (UTC +04:00)
Azərbaycanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti XXX London Yay Olimpiya Oyunlarında ölkəmizin bu cür uğur qazanacağına inanırdı.
Çingiz Hüseynzadə: Azərbaycan idmançılarının artıq 9 medala sahib çıxması əhəmiyyətli və tarixi nəticədir

Azərbaycan, Bakı, 12 avqust /Trend/

Azərbaycanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti XXX London Yay Olimpiya Oyunlarında ölkəmizin bu cür uğur qazanacağına inanırdı.

"Azərbaycan idmançılarının artıq 9 medala sahib çıxması əhəmiyyətli və tarixi nəticədir" bunu bazar günü telefonla Trend-ə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

Hüseynzadə ümid edir ki, bu gün yarışlara qoşulan Azərbaycanın daha iki güləşçisi medal qazanacaq.

MOK rəsmisi ümumi nəticələrdən sonra Azərbaycanın ölkələr arasında reytinqinin daha da yüksələcəyini bildirib.

Qeyd edək ki, sərbəst güləşçilərimiz Toğrul Əsgərovla Şərif Şərifov dünən yarışların baş mükafatına sahib olmaqla, ölkəmizə bir gündə 2 qızıl medal qazandırdılar.

Xatırladaq ki, Hüseynzadə komandamızın ən azından 9 medal, Əsgərovun isə qızıl qazanacağını əvvəlcədən proqnozlaşdırmışdı.

Azərbaycan artıq London olimpiadasında ikisi qızıl olmaqla ümumilikdə 9 medal qazanıb və hazırda 30-cu yerdə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti