Azərbaycan, Bakı, 26 avqust /Trend/
Avqustun 23-dən Londona gələn və Paralimpiya şəhərciyində yerləşən Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndə heyəti Azərbaycanın Böyük Britaniyadakı Fövqəladə və Səlahiyyətli səfiri Fəxrəddin Qurbanovla görüşüb.
Trend-in Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Fəxrəddin Qurbanov görüşdə idmançıları səfirlik kollektivi adından salamlamış və oyunlarda idmançılara uğurlu nəticələr arzulamışdır.
Eyni zamanda səfir Qurbanov bütün yarışlarda şəxsən iştirak edəcəyini və idmançılarımızı dəstəkləyəcəyini bildirmişdir.