Azərbaycan, Bakı, 3 sentyabr /Trend/
Azərbaycan paralimpiyaçısı Londonda üzgüçülükdə gümüş medal qazanıb.
Trend-in məlumatına görə, Azərbaycan üzgüçüsu Natali Pronina 200 m kompleks üzmək üzrə keçirilən yarışlarda London paralimpiadasının gümüş medalına sahib olub.
Finalda o, yalnız rusiyalı Oksana Savçenkoya məğlub olub.