...

Futbol üzrə Azərbaycan millisi ikinci sınağına çıxır

İdman Materials 11 Sentyabr 2012 11:47 (UTC +04:00)
Bu gün futbol üzrə DÇ 2014-ün seçmə mərhələsində mübarizə aparan Azərbaycan milli komandası ikinci sınağına çıxır.
Futbol üzrə Azərbaycan millisi ikinci sınağına çıxır

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Bu gün futbol üzrə DÇ 2014-ün seçmə mərhələsində mübarizə aparan Azərbaycan milli komandası ikinci sınağına çıxır.

Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, matçı Polşadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Şimon Marçinyak, onun köməkçiləri Pavel Sokolniçki, Radoslav Syejka, ehtiyat hakim isə Robert Malekdir.

Oyunun hakim-inspektoru şotland Uilyam Smis Qeyts Yanq, komissarı isə İsak Mikladaldır (Farer adaları).

Qeyd edək ki, Portuqaliya və Azərbaycan milli komandaları bu gün yerli vaxtla saat 20:15-də (Bakı vaxtı ilə 12 sentyabr, saat 00:15) Braqa şəhərindəki AXA stadionunda qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti