...

Qana və Yeni Zelandiya yığmaları da artıq Bakıdadır (FOTO)

İdman Materials 19 Sentyabr 2012 15:22 (UTC +04:00)
Ölkəmizdə keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatının iştirakçılarının Azərbaycana gəlişi davam edir.
Qana və Yeni Zelandiya yığmaları da artıq Bakıdadır (FOTO)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Ölkəmizdə keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatının iştirakçılarının Azərbaycana gəlişi davam edir.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, artıq U-17 qadınlardan ibarət Qana və Yeni Zelandiya milli komandaları da ölkəmizə təşrif buyurub. Onları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi maskotu Top Top Qız qarşılayıb.

Top Top Qız qarşılama ənənəsinə sadiq qalaraq onları salamlayıb, gül dəstələri təqdim edib və qonaqpərvərliyini nümayiş etdirib. Daha sonra qrup şəkli çəkdirən komandaların heyəti kiçik fotosessiyanın ardından qalacaqları otellərə düşüblər.

Xəbər lenti

Xəbər lenti