Azərbaycan, Bakı, 20 sentyabr /Trend/
Bu gün FIFA prezidenti Yosef Blatter Bakıya gəlir.
Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, sabah FIFA və Yerli Təşkilat Komitəsi FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılış mətbuat konfransı keçirəcək. Konfrans FIFA U-17 qadınlararası dünya çempionatının Təşkilat Komitəsinin ümumi yığıncağının ardınca nəzərdə tutulub.
Konfransda FIFA prezidenti Yosef Blatter, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov, FIFA qadın yarışlarının rəhbəri Tatyana Haenni iştirak edəcəklər.