...

Azərbaycanda FIFA U-17 qadınlararası dünya çempionatının rəsmi açılış mərasimi keçirilib (ƏLAVƏ OLUNUB) (FOTO) (VİDEO)

İdman Materials 22 Sentyabr 2012 21:21 (UTC +04:00)
Bu gün Azərbaycanda FIFA U-17 qadınlararası dünya çempionatının rəsmi açılış mərasimi keçirilib.
Azərbaycanda FIFA U-17 qadınlararası dünya çempionatının rəsmi açılış mərasimi keçirilib (ƏLAVƏ OLUNUB) (FOTO) (VİDEO)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir M.Əliyev/

Bu gün Azərbaycanda FIFA U-17 qadınlararası dünya çempionatının rəsmi açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, çempionatın açılışında dünya şöhrətli müğənni Cennifer Lopez iştirak edir.

Qeyd edək ki, 17 yaşadək qadınlar arasında dünya çempionatı üçüncü dəfə keçirilir və 19 mart 2010-cu il FIFA İcraiyyə Komitəsinin qərarına əsasən, bu tədbirə Azərbaycan ev sahibliyi edir.
Çempionat oktyabrın 13-də başa çatacaq. Çempionatda 16 ölkədən yaşı 17-dən aşağı olan futbolçu qızlar iştirak edəcək. Bu, Azərbaycanda keçirilən ilk FIFA tədbiridir və Avrasiyada baş tutan ilk U-17 qadınlararası dünya çempionatıdır.

Çempionatda Yaponiya, Koreya Xalq Demokratik Respublikası, Çin, Nigeriya, Qana, Qambiya, ABŞ, Kanada, Meksika, Braziliya, Uruqvay, Kolumbiya, Yeni Zelandiya, Fransa, Almaniya və ev sahibi Azərbaycan iştirak edir.

FIFA U-17 qadınlararası dünya çempionatı ilk dəfə 28 oktyabr-16 noyabr 2008-ci ildə Yeni Zelandiyada keçirilib. Sayca ikinci dünya çempionatı isə Trinidad və Tobaqoda keçirilib.
Azərbaycan ilk dəfə olaraq həm FIFA U-17 qadınlararası dünya çempionatına ev sahibliyi edir, həm də öz milli U-17 yığması ilə iştirakçı qismində çempionata qatılır.

Dünya çempionatının oyunları Bakı və Lənkəran şəhərlərində keçirilir. Çempionat üçün 6 stadion ayrılıb. Bunlardan beşi Bakı şəhərində (Tofiq Bəhramov adına Respublika stadionu, Bayıl stadionu, Dalğa Arena, 8 KM stadionu, Şəfa stadionu), biri isə Lənkəran şəhərində (Lənkəran şəhər stadionu) yerləşir.

Video Player
Xəbər lenti

Xəbər lenti