...

Azərbaycan Premyer Liqasının təqvimində növbəti dəyişiklik

İdman Materials 25 Sentyabr 2012 17:05 (UTC +04:00)
U-17 qızlar arasında dünya çempionatının oyunlarının keçirilməsi ilə əlaqədar olaraq, Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilib.
Azərbaycan Premyer Liqasının təqvimində növbəti dəyişiklik

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

U-17 qızlar arasında dünya çempionatının oyunlarının keçirilməsi ilə əlaqədar olaraq, Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilib. Bu barədə Trend Peşəkar Futbol Liqasına istinadən məlumat verir.

Dəyişikliyə əsasən:

1. Azərbaycan Premyer Liqasının VII turunun "Qarabağ" - "Simurq" qarşılaşması sentyabrın 29-da Zaqatala şəhərində keçiriləcək. İlk dövrənin oyunu "Simurq" - "Qarabağ", ikinci dövrənin oyunu isə "Qarabağ" - "Simurq" kimi qeydə alınır.

2. Premyer Liqanın VII turunun "Xəzər Lənkəran" - "Turan" oyunu sentyabrın 29-da Tovuz şəhərində keçiriləcək. İlk dövrənin oyunu "Turan" - "Xəzər Lənkəran", ikinci dövrənin oyunu "Xəzər Lənkəran" - "Turan" kimi qeydə alınır.

3. Premyer Liqanın VII turunun "İnter" - "Neftçi" qarşılaşması Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

4. Premyer Liqanın VII turunun "Rəvan" - "Kəpəz" oyunu 29 sentyabr tarixindən 30 sentyabr tarixinə keçirilir. Bu səbəbdən Premyer Liqanın VIII turunun "Kəpəz" - "Qarabağ" oyunu 3 oktyabr tarixindən 4 oktyabr tarixinə keçirilir.

Xəbər lenti

Xəbər lenti