...

Azərbaycanda idman dırmanması üzrə açıq respublika çempionatı keçirilir

İdman Materials 29 Sentyabr 2012 12:32 (UTC +04:00)
Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyasının (FAIREX) təşkilatçılığı ilə şənbə günü idman dırmanması üzrə açıq Respublika çempionatına start verilib.
Azərbaycanda idman dırmanması üzrə açıq respublika çempionatı keçirilir

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyasının (FAIREX) təşkilatçılığı ilə şənbə günü idman dırmanması üzrə açıq Respublika çempionatına start verilib. Trend-in məlumatına görə, bu barədə FAIREX-dən bildirilib.

"ClimBaku" idman dırmanması mərkəzində keçirilən yarışda iştirak etmək üçün FAIREX-in müxtəlif bölgələrini təmsil edən 23 idman klubundan 90-dan artıq idmançı qeydiyyatdan keçib.

Çempionata Gürcüstandan gəlmiş idmançılar da qoşulub. Yarış iki gün ərzində üç növ - boulderinq (qısa mürəkkəb məsafələrdə), sürət və çətinlik üzrə Beynəlxalq İdman Dırmanması Federasiyasının (IFSC) standart və qaydalarına uyğun olaraq keçiriləcək. Yarışa FAIREX tərəfindən xüsusi hazırlıq kursu keçən 20-dən artıq idmançı hakimlik edəcək.

Bu gün idmançılar qeyd olunan 3 növ üzrə təsnifat yarışlarında qüvvələrini sınayacaqlar, sabah isə yarımfinal və final yarışları keçiriləcək.

Xəbər lenti

Xəbər lenti