...

"Xəzər Lənkəran" futbolçusunun milliyə dəvəti ləğv olundu

İdman Materials 2 Oktyabr 2012 17:14 (UTC +04:00)
Azərbaycan milli komandasının oktyabrın 5-dən 17-dək müddətdə təşkil olunacaq təlim-məşq toplanışında iştirak üçün "Xəzər Lənkəran" klubunun üzvü Elnur Allahverdiyevə göndərilmiş dəvət millinin baş məşqçisi Berti Foqts tərəfindən ləğv olunub.
"Xəzər Lənkəran" futbolçusunun milliyə dəvəti ləğv olundu

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Azərbaycan milli komandasının oktyabrın 5-dən 17-dək müddətdə təşkil olunacaq təlim-məşq toplanışında iştirak üçün "Xəzər Lənkəran" klubunun üzvü Elnur Allahverdiyevə göndərilmiş dəvət millinin baş məşqçisi Berti Foqts tərəfindən ləğv olunub.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, bunun səbəbi Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində, sentyabrın 29-da, Tovuz şəhər stadionunda keçirilmiş "Turan" - "Xəzər Lənkəran" oyunu zamanı Elnur Allahverdiyevin idmançıya yaraşmayan hərəkətə yol verməsi və qırmızı vərəqə ilə cəzalandırılmasıdır.

Xəbər lenti

Xəbər lenti