...

"Azərikimya"nın idmançıları səmtləşmə idmanı üzrə ilk uğurlara nail olublar (FOTO)

İdman Materials 3 Oktyabr 2012 17:24 (UTC +04:00)
"Azərikimya" İstehsalat Birliyinin gənc idmançıları Nabranda səmtləşmə idmanı üzrə iki gün davam etmiş Açıq Respublika çempionatında iştirak ediblər.
"Azərikimya"nın idmançıları səmtləşmə idmanı üzrə ilk uğurlara nail olublar (FOTO)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

"Azərikimya" İstehsalat Birliyinin gənc idmançıları Nabranda səmtləşmə idmanı üzrə iki gün davam etmiş Açıq Respublika çempionatında iştirak ediblər.

İB-dən Trend-ə verilən məlumata görə, hələ iyul ayında kimyaçılar Qubanın Amsar kəndinin meşəlik və dağətəyi zonasında Birliyin müəssisələri arasında təşkil olunmuş yarışlarda müəyyən təcrübə qazana biliblər ki, bu da onların Nabranda keçirilən Respublika Çempionatında fəallıqla iştirakında mühüm rol oynayıb.

20 illik fasilədən sonra ilk dəfə keçirilən çempionatın açılışında Azərbaycanın Dövlət himni səslənib, idmançılar tərəfindən Azərbaycanın Dövlət bayrağı qaldırılıb.

Respublikamızın 30-a qədər idarə və müəssisə, nazirlik və ölkənin silahlı qüvvələrinin komandalarının qoşulduğu yarışların təntənəli açılış mərasimində Azərbaycanın Səmti müəyyənetmə idmanı Federasiyasının prezidenti Mirəli Kazımov, federasiyanın Rəyasət Heyətinin üzvü, Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko və digərləri idmançıları bu mühüm idman tədbiri münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar.

Həm komandalar arasında, həm də fərdi birincilik üzrə keçirilən çempionatda yarış iştirakçıları öz yüksək idmançı keyfiyyətlərini nümayiş etdiriblər. Baş verə biləcək fövqəladə hadisələr zamanı hər bir kəsdə qarşıya çıxa biləcək maneələri müxtəlif yollar və vasitələrlə dəf etmək bacarığı, çətin və mürəkkəb təbii şəraitdə vəziyyətdən qısa bir vaxtda, çevikliklə və təhlükəsiz çıxma keyfiyyətləri aşılayan bu yarışlar idmançıların Nabranın meşəlik və çaylarından, çətin relyefli sahələrindən keçməklə gərgin idman mübarizəsi şəraitində davam edib.

Fərəhli haldır ki, bu idman növü üzrə ilk dəfə belə bir çempionatda iştirak edən "Azərikimya" İB-nin idmançıları da əsasən peşəkarların qoşulduğu yarışlarda yaxşı nəticələr göstəriblər. Belə ki, 60-dan artıq qadının qüvvələrini sınadığı fərdi yarışlarda Birliyin işçilərindən Amalya Seyidova 9-cu, Sədaqət Abdulova 11-ci, Səbinə Batmanova isə 14-cü yerləri tutublar. 130-dan artıq kişi idmançının fərdi yarışında isə Birliyin işçisi Ramil Şabanov 29-cu yerə layiq görülüb.

Xəbər lenti

Xəbər lenti