...

Milan “İnter”i “Neftçi” ilə oyunda sürprizə imkan vermədi (FOTO)

İdman Materials 4 Oktyabr 2012 23:52 (UTC +04:00)
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində ikinci turun oyunları keçirilib.
Milan “İnter”i “Neftçi” ilə oyunda sürprizə imkan vermədi (FOTO)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir M.Əliyev/

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində ikinci turun oyunları keçirilib.

Trend-in məlumatına görə, Avroliqada ilk ev oyununa çıxan son Azərbaycan çempionu doğma meydanda İtaliya nəhəngi "İnter" klubunu qəbul edib.

İlk turda səfərdə "Partizan"la görüşdən 1 xalla ayrılan "Neftçi" turnirdə ilk qələbəsini qazanmaq niyyətində idi. Lakin Milan təmsilçisi sürpizə imkan verməyib. İlk hissədə 3 qol vuran "İnter" fasilədən sonra da üstünlüyünü qoruyub - 3:1.

Qeyd edək ki, qrupun digər matçında "Rubin" (Kazan, Rusiya) öz meydanında Serbiyanın "Partizan" klubunu sınağa çəkib. Bu görüşdə 2:0 hesabı ilə qələbə qazanan Kazan təmsilçisi ikinci pillədəki mövqeyini qoruyub.


4 oktyabr

Avropa Liqasının qrup mərhələsində II turun oyunları


H qrupu

21:00. "Neftçi" (AZƏRBAYCAN) - "İnter" (İtaliya) - 1:3
Qollar:
Felipe Koutinyo, 10 (0:1), Joel Obi, 30 (0:2), Marko Livaya, 42 (0:3), Nikolas Kanales, 54 (1:3)


"Neftçi": Saşa Stamenkoviç, İroq Mitreski, Rəşad Sadiqov, Flavinyo, Vobay, Kanales, Ramos, Bertuççi, Kamil Nurəhmədov (Mirhüseyn Seyidov, 46), Mahir Şükürov, Elvin Yunuszadə
Ehtiyat oyunçular: Emil Balayev, Saşa Yunisoğlu, Tərlan Quliyev, Elşən Abdullayev, Araz Abdullayev, Mirhüseyn Seyidov, Emin Mehdiyev

"İnter": Handanovic, Silvester, Koutinyo, Quarin, Mudinqayi, Kambyasso, Obi, Pereyra, Juan, Jonatan, Livaya
Ehtiyat oyunçular: Kastellazzi, Karqano, Ranoççia, Benassi, Biançetti, Naqatomo, Qarritano

21:00. "Rubin" (Kazan, Rusiya) - "Partizan" (Serbiya) - 2:0
Qollar:
Karadeniz, 45 (1:0), Ryazantsev, 48 (2:0)

Xəbər lenti

Xəbər lenti