...

Akif Rüstəmovun xatirəsinə həsr olunmuş idman dırmanması üzrə turnir keçiriləcək

İdman Materials 6 Oktyabr 2012 20:57 (UTC +04:00)
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) tərəfindən 7 oktyabr 2012-ci il tarixdə keçiriləcək idman dırmanması üzrə turnir uzun illər boyu Azərbaycanda dağ idmanının inkişafında və gənclərin bu idmana cəlb olunmasında xüsusi xidmətləri olmuş, ömrünün çiçəklənən vaxtında dünyasını dəyişən tanınmış dağ idmançısı Akif Rüstəmovun xatirəsinə həsr olunur.
Akif Rüstəmovun xatirəsinə həsr olunmuş idman dırmanması üzrə turnir keçiriləcək

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) tərəfindən 7 oktyabr 2012-ci il tarixdə keçiriləcək idman dırmanması üzrə turnir uzun illər boyu Azərbaycanda dağ idmanının inkişafında və gənclərin bu idmana cəlb olunmasında xüsusi xidmətləri olmuş, ömrünün çiçəklənən vaxtında dünyasını dəyişən tanınmış dağ idmançısı Akif Rüstəmovun xatirəsinə həsr olunur. Bu barədə Trend-ə Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Turnir mərhum idmançının yaxın dostları və bu gün FAİREX-in klublarına rəhbərlik edən idmançıların təklifi ilə keçirilir.

Turnirin təşkilat komitəsinin rəhbəri Akif Rüstəmovun yaxın dostu olmuş tanınmış dağ idmançısı və FAİREX-in "Zirvə" klubunun rəhbəri Mövlud Əzizovdur.

Qeyd edək ki, turnirin qalibləri FAİREX tərəfindən yüksək mükafata layiq görüləcəklər.

Xəbər lenti

Xəbər lenti