...

2011-2012-ci il Azərbaycan Premyer Liqasının qalibləri mükafatlandırılıb

İdman Materials 10 Oktyabr 2012 21:03 (UTC +04:00)
Bu gün 2011-2012-ci il mövsümündə Azərbaycan Premyer Liqasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
2011-2012-ci il Azərbaycan Premyer Liqasının qalibləri mükafatlandırılıb

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Bu gün 2011-2012-ci il mövsümündə Azərbaycan Premyer Liqasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə AFFA və PFL rəhbərliyi ötən çempionatın qalibi "Neftçi"yə qızıl, ikinci yerin sahibi "Xəzər Lənkəran"a gümüş, üçüncü yeri tutan "İnter"ə isə bürünc medal təqdim ediblər.

Bundan başqa, İdman Araşdırmalar Mərkəzi tərəfindən aparılmış sorğuya əsasən, ötən mövsümün ən yaxşı qapıçısı, müdafiəçisi, yarımmüdafiəçisi, hücumçusu, baş məşqçisi, ən yaxşı futbolçusu və mövsümün tapıntısına (gənc futbolçu) mükafat verilib:

1. Ən yaxşı qapıçı: Kamran Ağayev ("Xəzər Lənkəran")
2. Ən yaxşı müdafiəçi: Ruslan Abışov ("Neftçi" / "Xəzər Lənkəran")
3. Ən yaxşı yarımmüdafiəçi: Adrian Pit ("Xəzər Lənkəran")
4. Ən yaxşı hücumçu: Rauf Əliyev ("Qarabağ")
5. Ən yaxşı assistent: Rəşad Abdullayev ("Neftçi" / "Qəbələ")
6. Ən yaxşı qol: Ceyhun Sultanov ("Kəpəz" / "Sumqayıt")
7. Ən yaxşı futbolçu: Flavinyo ("Neftçi")
8. Ötən mövsümün bombardiri: Bahadır Nəsimov ("Neftçi)
9. Ötən mövsümün tapıntısı: Nurlan Novruzov ("Bakı")
10. Ən yaxşı baş məşqçi: Böyükağa Hacıyev ("Neftçi")
11. Ötən mövsümün ən sadiq azarkeşi: Xoşbəxt Yusifzadə

Məqalədə:
Xəbər lenti

Xəbər lenti