Azərbaycan, Bakı, 18 oktyabr /Trend/
Oktyabrın 30-dan noyabrın 1-dək kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, çempionatın ilk günündə kişilər arasında 60 kq, qadınlar arasında isə bütün çəki dərəcələrində qaliblər məlum olacaq.
Oktyabrın 31-də kişilər arasında 66 kq və 73 kq, yarşın sonuncu günündə isə 81 kq, 90 kq, 100 kq və 100 kq-dan ağır çəki dərəcələrində çempionlar müəyyən ediləcək.