...

Azərbaycan alpinistlərinin Şahdağda təlim-məşq toplantısı keçiriləcək

İdman Materials 23 Oktyabr 2012 17:30 (UTC +04:00)
25 oktyabr-4 noyabr tarixləri arasında Azərbaycan Alpinizm Federasiyası (AAF) Şahdağ dağlıq ərazisində alpinizm üzrə təlim-məşq toplantısı keçirtməyi nəzərdə tutur.
Azərbaycan alpinistlərinin Şahdağda təlim-məşq toplantısı keçiriləcək

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

25 oktyabr-4 noyabr tarixləri arasında Azərbaycan Alpinizm Federasiyası (AAF) Şahdağ dağlıq ərazisində alpinizm üzrə təlim-məşq toplantısı keçirtməyi nəzərdə tutur.

Trend federasiyaya istinadən məlumat verir ki, təlimlərdə həm təcrübəli, həm də gənc idmançıların iştirakı gözlənilir. Toplantı AAF-ın alpinizm üzrə təcrübəli təlimatçılarının nəzarəti altında keçiriləcək.

Təlim-məşq toplantısı proqramı çərçivəsində Bazaryurd (4126 m), Qızıl Qaya (3751 m), Tufandağ (4191 m) zirvələrinə dırmanma planlaşdırılır. Sözügedən tədbirdə "Nikoil", "Respublika Alpinist-Turist klubu", "İrbis", "Qartal" klublarından 24 idmançı iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti