...

Azad Rəhimov: 2012-ci il Azərbaycanın idman ictimaiyyəti üçün əlamətdar il olub

İdman Materials 28 Noyabr 2012 12:52 (UTC +04:00)
2012-ci il Azərbaycanın idman ictimaiyyəti üçün əlamətdar il olub.
Azad Rəhimov: 2012-ci il Azərbaycanın idman ictimaiyyəti üçün əlamətdar il olub

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir E.Mehdiyev/

2012-ci il Azərbaycanın idman ictimaiyyəti üçün əlamətdar il olub. Trend-in məlumatına görə, bunu çərşənbə günü Bakı Ekspo Mərkəzində "ITE Group PLC"-nin Qafqazdakı tərəfdaşı "İteca Caspian" MMC-nin təşkilatçılığı ilə I Azərbaycan beynəlxalq idman, idman ləvazimatı və geyimi sərgisi və Gənclər təşkilatlarının IV Respublika sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı gənclər və idman naziri Azad Rəhimov deyib.

Rəhimovun sözlərinə görə, bu il Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "İdman ili" elan olunub.

"2012-ci ildə ilk dəfə ölkəmizdə 17 yaşadək qızlar arasında dünya çempionatı və formula yarışı təşkil edilib. Həmçinin idmançılarımız London Yay Olimpiya Oyunlarında uğurla çıxış edərək, xalqımıza böyük sevinc bəxş ediblər. Bu, sübut edir ki, Azərbaycan həqiqətən idman ölkəsidir", - nazir əlavə edib.

Rəhimov idman sərgisinin hər il keçirilə biləcəyini də diqqətə çatdırıb.

Rəsmi açılış mərasimi başa çatdıqdan sonra qonaqlar sərgi ilə tanış olublar.

Qeyd edək ki, I Azərbaycan beynəlxalq idman, idman ləvazimatı və geyimi sərgisi və Gənclər təşkilatlarının IV Respublika sərgisi 3 gün davam edəcək. Burada alpinizm, atçılıq, boks, taekvondo, gimnastika, qolf, stolüstü tennis, voleybol, futbol, üzgüçülük, cüdo, yelkən idmanı və digər idman növləri üzrə federasiyalar təmsil olunur. Bundan başqa, Milli Olimpiya və Paralimpiya komitələrinin stendləri də sərgidə yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti